Elxan Məmmədov cəzalandırıldı - HAKİMİ SÖYÜB

25 Fevral 2020 21:50 Azərbaycan Futbolu 1 407
Elxan Məmmədov cəzalandırıldı - HAKİMİ SÖYÜB

Azərbaycanın aşağı yaş qrupu üzrə liqalarında növbəti dəfə nalayiq hərəkətlərə yol verən məşqçilər və futbolçular aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi bu gün keçirilən iclasında baş verənlərlə bağlı sərt cəzalar tətbiq edib.

U-14 Liqasının “Turan Tovuz” – “Azəri” TİM oyununda ikincilərin baş məşqçisi Orxan Verdiyev, U-13 Liqasının “Şəmkir” Gİİ UGİM – “Turan Tovuz” görüşündə şəmkirlilərin məşqçisi Əli Əhmədov, U-11 Liqasının isə “Keşlə” – “Zirə” qarşılaşmasında “Zirə”nin baş məşqçisi Manaf Kələntərli hakimlər briqadasını təhqir etdiyi üçün qarşıdakı 3 turda texniki zonaya buraxılmayacaqlar.

U-17 Liqasında “Keşlə” ilə matçda referini söyən “Neftçi”nin köməkçi-məşqçisi Amid Quliyevin diskvalifikasiyası 5 oyunluq olub. Həmin oyunda “Keşlə”nin futbolçu Azər Fərmanov bir qədər də irəli gedib, baş hakimi döyməyə cəhd göstərib. Bu da oyunçunun 5 matçlıq cəzasına səbəb olub.

Region Liqasında keçirilən “İmişli” – “Şamaxı” oyununda qonaqlardan Rəhman Musayev, ev sahiblərindən isə Elxan Məmmədov hakimi təhqir etdiyi üçün eyni sayda (4) oyun buraxacaqlar.

Gənclər Liqasında isə “Sabah”ın futbolçu Nemət Musayev rəqibləri söydüyündən 3 matçlıq cəzaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı