RÜŞVƏT OLAYI: Azərbaycanlı futbolçu aləmi bir-birinə qatdı - VİDEO

22 Fevral 2020 18:35 Azərbaycan Futbolu 2 025
RÜŞVƏT OLAYI: Azərbaycanlı futbolçu aləmi bir-birinə qatdı - VİDEO

“Mənim danışığım Vəkil adında agentlə maaşımın faizi barədə olub.

Klub prezidenti ilə danışığım başqa məsələ barədə idi. “Aktobe” ilə ilk məşqimə çıxdım, ancaq ikinciyə çıxmadım və sual verdim ki, niyə belə oldu.

Prezident də cavab verdi ki, çempionatın reqlamentinə görə, klub yalnız üç legionerə malik ola bilər. İkisi artıq müqavilə bağlayıb, üçüncüsü ilə bağlı məsələyə isə baş məşqçi qərar verəcək. Onda mən dedim ki, mənə bilet alın ki, evə qayıda bilim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri azərbaycanlı futbolçu Fuad Bayramov deyib. 25 yaşlı yarımmüdafiəçi "Azersiport"a açıqlamasında Vəkil adlı bir menecerin ona Qazaxıstanda - “Aktobe” klubunda oynamaq təklif etdiyini, lakin maaşının 50 faizini klubun İdarə Heyətinin sədri Artur Smaqulova verməsini bildirməsi həmin ölkədə əks-səda yaradıb.

O, müsahibəsində bildirib ki, məhz “Aktobe”yə də bu səbəbdən götürülməyib və ikinci məşqə buraxılmayıb. Bundan sonra Qazaxıstan Futbol Federasiyasının baş katibi Əzəmət Aytxojin bu məsələnin araşdırılacağını, yerli Peşəkar Futbol Liqasına bu barədə müraciət olunacağı və toplanmış materialların Etika üzrə Komitəyə təqdim ediləcəyini bildirib.

Lakin “Aktobe”nin mətbuat xidməti Fuad Bayramovdan videomüsahibə alıb. Müsahibədə Fuad azərbaycanlı jurnalistin səhv yazdığını, hətta irəli gedərək qəsdən bunu etdiyini bildirib.

"Azersiport" isə Fuadın səs danışıqlarını yayıb və jurnalistin haqlı olduğunu sübut edib. Ötən mövsüm Gürcüstanın “Rustavi” klubunda oynamış Fuad Bayramov Azərbaycanda "Keşlə"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı