Rəşad Sadıqov Elxan Məmmədova məsləhət verəcək – SÜRPRİZ ANLAŞMA!

21 Fevral 2020 19:26 Azərbaycan Futbolu 1 947
Rəşad Sadıqov Elxan Məmmədova məsləhət verəcək – SÜRPRİZ ANLAŞMA!

Bir neçə saat öncə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun «Qarabağ»ın kapitanı Rəşad Sadıqovla görüş yeri barədə məlumat vermişdik.

Bu məkan şəhərin mərkəzində - Elxan Məmmədovun yaşadığı evin yaxınlığında yerləşir və kifayət qədər bahalı restoranlardan biridir.

Tərəflərin söhbəti nə az, nə çox, düz 6 saat davam edib.AFFA-nın rəhbəri Rəşad Sadıqovla müzakirələrdən və etdiyi söhbətdən kifayət qədər razı qalıb.

Elxan Məmmədova çox yaxın çevrədən redaksiyamıza daxil olan informasiyaya görə, «Qarabağ»ın kapitanı onun qaldırdığı məsələlərin bir çoxuyla razılaşıb.

Sadıqov U-20 və U-21 yığmalarının baş məşqçisi postundan uzaqlaşdırılmasıyla aralarında yaranan soyuqluğun ortadan qalxmasıyla bağlı Məmmədovun təklifini yerə salmayıb.

İcraçı direktor Ağdam klubunun liderinin ünvanladığı sualları cavablandırmaqla yanaşı, ondan bir xahiş də edib - milli komandalar və digər məsələlər haqda.

Belə ki, Sadıqov bu sahələr üzrə məsləhətlərini Məmmədovdan əsirgəməyəcək. Yəni ki, AFFA sözügedən istiqamətdə hansı tədbirlər görəcəksə, mütləq surətdə onun rəyi nəzərə alınacaq və belə demək mümkünsə, əsas götürüləcək.

Yenidən bir araya gələn cütlük bundan sonra media vasitəsilə «söz davası»na çıxmayacaq. Anlaşmanın bir nəticəsi də bununla bağlı razılaşmanın əldə olunmasıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti