“Artıq bir neçə oyunçu transfer etmişik, onlara inanırıq"

25 Yanvar 2020 09:00 Azərbaycan Futbolu 569
“Artıq bir neçə oyunçu transfer etmişik, onlara inanırıq"

Rüfət Dadaşovun formasını geyindiyi “Foneks Rizinq”in baş məşqçisi Rik Şans komandanın yeni transferləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, amerikalı mütəxəssis yeni oyunçuların hamısının bəlli bir xüsusiyyətlərinin olduğunu söyləyib.

"Artıq bir neçə oyunçu transfer etmişik. Onların hamısının özlərinəməxsus özəllikləri var. Hər birinin komandaya faydalı olacağını düşünürük. Təbii ki, müəyyən uyğunlaşma dönəmi olmalıdır. Ancaq biz onlara inanırıq" – deyə, Şans bildirib.

Rüfət Dadaşov bu yaxınlarda Almaniyanın aşağı liqa təmsilçisi “Proyssen”dən Amerika klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti