Qafqazlılar yeni klub yaratdı, futbolçumuza imza atdırdılar

17 Yanvar 2020 17:21 Azərbaycan Futbolu 1 276
Qafqazlılar yeni klub yaratdı, futbolçumuza imza atdırdılar

Bir neçə ildir Türkiyədə çıxış edən Salman Atluxanov yenidən klubunu dəyişib.

Ötən mövsüm “Merzifonspor“un formasını geyinən yarımmüdafiəçi “Küçükçekmece Yeşilovaspor”dan ayrılıb.

“Bakı“nın yetirməsi bundan sonra "1864 spor" FK ilə anlaşıb. O, Sportinfo.az-a açıqlamasında keçidi haqda bunları deyib:

"Bu klub İstanbulu təmsil edir. "1864 spor"u qafqazlılar yaradıb. Burada kənar adamlar yoxdur.

Rəhbərlikdə yer alanların hamısı Qafqaz millətlərindən olan insanlardır. Əsasən də çərkəzlilərdir. Onlar bir aydan çoxdur mənimlə əlaqə saxlayırdılar, gəlib oyunlarımıza baxırdılar.

Mənim Qusardan olduğumu biləndən sonra dediyim şərtlərlə razılaşdılar və anlaşdıq. Yeni klubum BAL Liqasında mübarizə aparır.

"1864 spor"un hədəfləri böyükdür. Liqada elə-belə iştirak etmirlər. Məqsəd gələn mövsüm daha üst çempionata vəsiqə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"