Azərbaycanlı məşqçi yeni istedadlar tapmaq üçün ölkə xaricinə yollandı - FOTOLAR

15 Dekabr 2024 16:05 Azərbaycan Futbolu 2 457
Azərbaycanlı məşqçi yeni istedadlar tapmaq üçün ölkə xaricinə yollandı - FOTOLAR

"Kəpəz"in sabiq baş məşqçisi Etibar İbrahimov Nigeriyada səfərdədir.

Gənc mütəxəssisə dəvət adıçəkilən ölkənin futbol federasiyasından gəlib.

İbrahimov təxminən 1 həftə ölkənin ən böyük şəhəri Lagosda olacaq.

Burada yerli çempionatın oyunun izləməklə bərabər gənc istedadların üz çıxmasına hesablanmış turnirdə iştirak edəcək.

Bundan başqa 30-a yaxın afrikalı məşqçiyə seminar keçirilməsi də ona həvalə olunub.

46 yaşlı baş məşqçi "Kəpəz"in baş məşqçisi olmaqla bərabər Azərbaycan U-17, U-19 milli komandalarımızda, Hindistan yığmasında köməkçi məşqçi kimi çalışıb.

O, bir müddət "Ayntraxt" akademiyasında da fəaliyyət göstərib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı