COP29

“Neftçi” və “Qəbələ” adını yarımfinala yazdırdı

9 Fevral 20:58 Azərbaycan Futbolu 654
“Neftçi” və “Qəbələ” adını yarımfinala yazdırdı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə 2 cavab oyununu keçirilib.

Əvvəlcə "Qəbələ" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Araz-Naxçıvan"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Bununla da əyalət təmsilçisi yarımfinala adlayıb. Komanda bu mərhələdə "Zirə" ilə üz-üzə gələcək.

"Neftçi" isə ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi "Sumqayıt"la bu dəfə evdə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Ümumi hesabda rəqibini üstələyən (4:3) "Neftçi" yarımfinala yüksəlib. Paytaxt təmsilçisi bu mərhələdə "Qarabağ"la üz-üzə gələcək.

9 fevral

16:00. “Qəbələ” – “Araz-Naxçıvan” 2:0

Qollar: Osama Xalayla, 40, Ürfan Abbasov, 42
İlk oyun - 1:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu

"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular:1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov

Baş məşqçi: Elmar Baxşıyev

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed (k), 4. İgor Ribeyro

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç

Baş məşqçi: Azər Bağırov

19:00. “Neftçi” – “Sumqayıt” 1:1

Qollar: Filip Ozobiç, 26, Roi Kehat, 40

İlk oyun - 3:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno

Baş məşqçi: Miodraq Bojoviç

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa

Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"