Rumıniyalı baş məşqçi Azərbaycan klubunda

11 May 2023 23:40 Azərbaycan Futbolu 3 260
Rumıniyalı baş məşqçi Azərbaycan klubunda

Azərbaycan klubu əcnəbi baş məşqçiyə tapşırılıb.

Söhbət minifutbol üzrə Azərbycan çempionatında çıxış edən “Birbaşa Bakı” komandasından gedir.

Klub rəhbərliyi rumıniyalı çalışdırıcı Dan Marius Mitu ilə anlaşıb.

46 yaşlı çalışdırıcı peşəkar futbola 1994-cü ilə Rumıniya nəhəngi “Styau”da (Buxarest) başlayıb.

Kayerası ərzində ölkəsinin klubları ilə bərabər, Belçika, Yunanıstan və Ukrayna təmsilçilərində də legioner həyatı yaşayıb.

2012-ci ildə böyük futbolla vidalaşan Marius 2018-ci ildən minifutbolda məşqçilik edir.

O, yeni komandasını artıq bir neçə məşqə çıxarıb.

“Birbaşa” hazırda Azərbaycan çempionatının pley-off mərhələsində çıxış edir. Mariusun qarşısına qoyulan məqsəd isə qarşıdakı iki oyunu – yarımfinal və final matçlarını qələbə ilə başa vurub Çempionlar Liqasına getməkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!