Azərbaycanda məşhur futbol məkanı holdinqin nəzarətinə keçdi, adı dəyişdi - FOTO

25 Dekabr 2025 13:20 Hadisə 974
Azərbaycanda məşhur futbol məkanı holdinqin nəzarətinə keçdi, adı dəyişdi - FOTO

Keçmiş “Şəfa”, son illər “ASK Arena” adlanan stadionun adı növbəti dəfə dəyişib.

Sportinfo.az xəbər verir ki, bu, idman qurğusunun yeni idarəçilərin himayəsinə keçməsi nəticəsində baş verib.

Əvvəl Azərbaycan Sənaye Koorporasiyasının (ASK) himayəsində olan arena “əl dəyişərək” Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə keçib. Stadionun adı dəyişilərək “Baku Arena” olub.

Yeni rəhbərlik stadionun ot öryüyünü dəyişdirməyi, həmçinin, kosmetik təmir həyata keçirməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!