İcraiyyə Komitəsi sonuncu dəfə yığışır - Mühüm qərarlar veriləcək!

İcraiyyə Komitəsi sonuncu dəfə yığışır - Mühüm qərarlar veriləcək!

AFFA-nın İcraiyyə Komitəsi (İK) qarşıdakı günlərdə növbəti dəfə bir araya gələcək.

Federasiyadan əldə etdiyimiz məlumata görə, hazırda bununla bağlı hazırlıq işləri görülür, iclasın vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparılır.

Böyük ehtimalla, yığıncaq dekabrın 15-dək baş tutacaq.

2025-ci ilə yekun vuracaq toplantıda bəzi mühüm qərarların veriləcəyi bildirilib.

Bura əsas, həm də aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri haqda qərar da daxildir.

İndiyə olan son məlumata görə, bəzi yığmalarda kadr islahatı aparılacaq. İllərdir federasiyadan maaş alıb, amma nəticə verə bilməyənlər görəvdən alınacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti