"Karvan-Yevlax"ın qış hazırlıq planı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Beləliklə, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan kollektiv yanvarın 3-də Yevlaxda toplaşacaq. Komandanın toplanışı çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.
Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.
Belə ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq. Digər rəqibin adına isə yaxın günlərdə aydınlıq gələcək.
Klub 2026-ci ildə ilk rəsmi oyununu Premyer Liqanın 17-ci turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah"a qarşı keçirəcək.

