“Messi dünya çempionatına gəlsə, bu, çox maraqlı olacaq”

25 Dekabr 2025 00:10 Dünya çempionatı 431
“Messi dünya çempionatına gəlsə, bu, çox maraqlı olacaq”

“Vankuver”in hücumçusu Tomas Müller 38 yaşlı Lionel Messinin 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, almaniyalı forvard, Messinin iştirakının turnirdə güc balansını dəyişəcəyini bildirib:

“Messi mundiala gəlsə, bu, çox maraqlı olacaq. Onun iştirakı turnirdə güc balansını dəyişəcək.

MLS-də yüksək səviyyə göstərib, amma top-komandalarla oyunlarda necə çıxış edəcəyini bilmirəm… Argentina millisini turnirin əsas favoritlərindən biri hesab edirəm”.

Argentina millisi hazırkı dünya çempionudur. Lionel Skaloninin rəhbərlik etdiyi komanda 2022-ci il mundialının finalında Fransa yığmasını penaltilər seriyasında məğlub etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət