Azərbaycan çempionatlarında komanda sayının artırılması nəzərdə tutulur

25 Dekabr 2025 02:10 Voleybol 807
Azərbaycan çempionatlarında komanda sayının artırılması nəzərdə tutulur

Kişi və qadın voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqalarında komanda sayının artırılması nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

Bildirilib ki, AVF tərəfindən Yüksək Liqada çıxış edən klubların sayının 10-12-yə qədər artırılması hədəflənib və bu istiqamətdə artıq bir neçə tərəfdaşlarla danışıqlar baş tutub.

Hazırda qadınların yarışında 9, kişilərin turnirində 6 komanda mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!