Bayılda baş tutan QİSAS...

10 Dekabr 23:00 Azərbaycan Futbolu 377
Bayılda baş tutan QİSAS...

Birinci Liqanın 9-cu turunda sürpriz nəticə qeydə alınıb.

Çempionluğa iddialı "Səbail" doğma meydanda autsayderlərdən olan "Cəbrayıl"a məğlub olub - 0:2.

Qarşılaşmanı prinsipial edən amillərdən biri də Qarabağ təmsilçisinin rəhbərinin Cavid Hüseynovun olması idi.

Belə ki, gənc mütəxəssis ötən mövsümün gedişində "Səbail"in baş məşqçi postunda yer alırdı.

O, sona 5 tur qalmış qalmaqallı açıqlamasına görə istefaya göndərilmişdi.

Boşalan posta Hüseynovun yaxın dostu Elvin Məmmədov gətirilmişdi.

Dostun verdiyi bu cür qərar Cavid Hüseynova xoş gəlməmişdi.

Hətta tərəflər arasında münasibətlərin pisləşdiyi barədə iddialar da vardı.

Qısası, bölgə klubunun qələbəsində bu məqam da az rol oynamayıb.

Onu da əlavə edək ki, Bayıl klubu alınan məğlubiyyətdən sonra Elvin Məmmədovu istefaya göndərib.

Yəqin ki, qələbədən sonra ətrafının Hüseynovdan soruşduğu ilk sual birdir - Qisas baş tutdu?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…