«Mən bu günahın 60 faizini futbolçuların özlərində görürəm. Çünki öz üzərlərində işləmirlər».
Bu sözləri “Sportinfo TV“yə açıqlamasında “Asadov Pro Bridge"in rəhbəri Emil Asadov deyib.
FIFA Lisenziyalı futbol agenti azərbaycanlı futbolçuların legioner həyatı yaşamağa çox da can atmadığını bildirib.
Tanınmış menecer bu sahədəki problemlərdən danışarkən deyib ki, Avropa klublarının diqqətini çəkə biləcək yerli oyunçuların sayı da azdır.
Bunun təməlində uşaq futbolunun dayandığını söyləyən A.Asadov qeyd edib ki, ölkənin normal futbol infrastrukturu yaxşı halda deyilsə, başqa nəticə gözləməyə dəyməz.
Müsahib həmçinin vurğulayıb ki, uşaq və yeniyetmə futbolunda çalışan məşqçilərin həm təcrübə, həm də səviyyə baxımından da ciddi çatışmazlığı mövcuddur.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

