"Neftçi"nin sabiq baş məşqçisindən klub rəhbərinə ŞOK TƏKLİF!

9 Dekabr 22:20 Azərbaycan Futbolu 566
"Neftçi"nin sabiq baş məşqçisindən klub rəhbərinə ŞOK TƏKLİF!

"Karvan-Yevlax"ın hələ də ictimaiyyətə açıqlanmayan yeni baş məşqçisi Füzuli Məmmədov maraqlı təkliflə yadda qalıb.

O, klub rəhbərliyinə müraciət edərək hətta maaşsız belə çalışmağa razı olduğunu bildirib.

Səbəb kimi isə məqsədinin yaxşı baş məşqçi olmasını onu istəməyən qüvvələrə göstərmək olduğunu göstərib.

48 yaşlı mütəxəssis son 3 oyunda bölgə klubun başında olub.

Hələ rəsmi sənədlərdə adı keçən Azər Həşimovla təzminat məsələsində klub anlaşa bilmədiyi üçün Məmmədovun təyinatı ictimaiyyətə elan olunmayıb.

Füzuli Məmmədov sonuncu dəfə Premyer Liqada baş məşqçi kimi "Neftçi"də çalışıb. "Qarabağ"a 0:6 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Bir müddət Azərbaycan U-17 yığmasında baş məşqçi səlahiyyətlərini yerinə yetirib.

"Karvan-Yevlax"a kimi isə sonuncu iş yeri Birinci Liqa təmsilçisi "Mingəçevir" olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!