Milli komandada mükafat qalmaqalı - AFFA vədinə niyə əməl etmir?

24 Dekabr 2025 21:00 Azərbaycan Futbolu 1 488
Milli komandada mükafat qalmaqalı - AFFA vədinə niyə əməl etmir?

AFFA milli komanda üçün vəd etdiyi mükafatı hələ də verməyib.

Söhbət III MDB Oyunlarında gümüş medal qazanmış U-16 yığmasından gedir.

Bu barədə adıçəkilən millidə çıxış edən uşaqların valideynləri redaksiyamıza şikayət ünvanlayıb.

Amma adlarının məxvi qalmasını bildiriblər.

Deməli, 4 oktyabr Qəbələdə keçirilən final oyununda Rusiya yığmasına uduzan Aqil Nəbiyevin yetirmələrinə matçdan əvvəl qələbə təqdirində 15 min manat, məğlubiyyət yaşanacağı halda 5 min manat mükafat vəd olunub.

Amma federasiya arxada qalan 2 aydan artıq müddətdə vədini yerinə yetirməyib.

Valideynlər bildirib ki, nəinki mükafat, hətta Qəbələdə keçən 1 günə görə nəzərdə tutulan 40 manat ödəniş də futbolçulara verilməyib.

Məsələnin ən pis tərəfi isə odur ki, rəsmilər nə gecikməyə bir aydınlıq gətirir, nə də mükafatın nə vaxt veriləcəyi ilə bağlı bir söz deyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti