“Bu, Ermənistanın bizə qarşı düşmənçiliyinin bariz nümunəsi idi”

25 Dekabr 2025 07:40 Hadisə 403
“Bu, Ermənistanın bizə qarşı düşmənçiliyinin bariz nümunəsi idi”

“İşğal dövründə Ağdam, demək olar ki, urbisidə məruz qalmışdır.

Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır”.

Bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.

“Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib: “Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı”.

Orada indi bir neçə min insan yaşadığını və bu köç prosesinin davam etdiyini söyləyən dövlət başçısı vurğulayıb: “Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!