Finalda dörd penalti qaytardı, dekabrın ən yaxşısı seçildi

25 Dekabr 2025 15:20 Fransa 1 166
Finalda dörd penalti qaytardı, dekabrın ən yaxşısı seçildi

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov “Le Parisien” nəşri tərəfindən dekabr ayının ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Safonov dekabr ayındakı idman nailiyyətlərinə görə jurnalistlərdən orta hesabla 7,25 bal alaraq komanda yoldaşlarını geridə qoyub.

Siyahıda ikinci yeri 7 xalla Uorren Zaire-Emrie, üçüncü yeri isə 6,31 xalla Villian Paço tutub.

Qolkiperin bu uğurunda Qətərdə keçirilən FIFA Qitələrarası Kubokun finalındakı qəhrəmanlığı həlledici rol oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!