“Qarabağ”ın müdafiəçisinə bu klubdan təklif var - Danışıqlar başladı!

20:20 Qarabağ 297
“Qarabağ”ın müdafiəçisinə bu klubdan təklif var - Danışıqlar başladı!

"Qarabağ"ın legioneri Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçiyə "Vitoriya"dan təklif var.

Məlumatı Braziliyanın "Arena Rubre-Neqro" kanalı yayıb. Xəbərdə A seriyası təmsilçisinin "Qarabağ"la ilkin danışıqlarının olması, lakin hələlik razılıq əldə edilmədiyi bildirilib.

Qeyd olunub ki, braziliyalı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsinin olması transfer işini çətinləşdirir.

Mateus Silva 2023-cü ilin yayında Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan "Qarabağ"a transfer edilib. O, bu mövsüm Ağdam klubunda 23 oyun keçirib və 1 qol vurub.

Braziliyanın daha bir klubu “Botafoqo” "Qarabağ"ın futbolçusu Pedro Bikalyonu heyətinə cəlb etməyə çalışır.

Digər Xəbərlər
Xəbər Lenti