İsveçrə şirkəti yoxalama apardı, UEFA-dan AFFA-ya məktub daxil oldu - FOTO

20 Dekabr 2025 01:10 Azərbaycan Futbolu 670
İsveçrə şirkəti yoxalama apardı, UEFA-dan AFFA-ya məktub daxil oldu - FOTO

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti