UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”la matçda yaşananlara görə “Napoli”ni cərimələyib.
Sportinfo.az xəbər verir ki, buna sözügedən oyunda ictimai keçidlərin bağlanması, həmçinin azarkeşlərin qayda pozuntuları səbəb olub.
İtaliya klubu ictimai keçidlərin bağlanmasına görə 12 min avro, azarkeşlərin atəşfəşanlığına görə isə 5250 avro cərimələnib.
Sözügedən görüşdə "Napoli" 2:0 hesablı qələbə qazanıb.
UEFA İspaniyadan “Atletik”ə də cəza tətbiq edib.Buna səbəb Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Qarabağ”la keçirilən və Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda azarkeşlərin davranışı olub.
Beləliklə, “Atletik”in fanatlarının matç zamanı yol verdiyi pozuntulara görə klub 10 min avro (təqribən 20 min manat) məbləğində cərimələnib.
Qarşılaşma zamanı tribunada erməni separatçılarının vaxtilə Qarabağ ərazisində yaratdıqları qondarma quruma aid bayraq nümayiş etdirilib.
Bu hadisə ilə əlaqədar “Qarabağ” klubunun nümayəndələri həm görüşdən əvvəl, həm də oyun ərzində baş verən təxribatlar barədə meydan sahiblərini məlumatlandırıb və məsələni UEFA-nın diqqətinə çatdırıblar.

