"Qarabağ" getməyə israrlı olan aparıcı oyunçusuna ŞOK TRANSFER QİYMƏTİ təyin etdi!

13:00 Qarabağ 891
"Qarabağ" getməyə israrlı olan aparıcı oyunçusuna ŞOK TRANSFER QİYMƏTİ təyin etdi!

"Qarabağ"da Marko Yankoviçlə əlaqəli narahatlıq və bir qədər də pərişanlıq yaranıb.

2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən monteneqroluya gələn təkliflər heç də birmənalı qarşılanmayıb.

Yarımmüdafiəçi Azərbaycandan ayrılmağa xəyal edir. Müqavilə müddətinin bitmə tarixi 2027-cı ilin yayını nişan versə də.

Ona son olaraq "Aris"dən zəng vurublar. Bu yay Konfrans Liqasının birinci təsnifat mərhələsində "Araz-Naxçıvan"a rəqib olmuş və uduzmuş Yunanıstanın tanınmış klubu adıçəkilən legionerə öz istəyini çatdırıb.

Limassol təmsilçisi onunla 2+1 illik müqavilə imzalamağa hazır olduğunu bildirib. "Aris" Monteneqro yığmasının üzvünə illik 1 milyon avro ödəməyə razıdır.

Həmçinin adı hələlik gizli saxlanılan bir Yaponiya klubu da onun xidmətində maraqlıdır.

Asiyalılar bugünlərdə monteneqrolu ilə təmas qurub. Üç ildir Azərbaycanda çıxış edən balkanlıya təkli olunan müqavilənin 3 ildir.

İrəli sürülən maliyyə şərtləri isə Yankoviçin burada qazandığı puldan çoxdur. ağlını başından alıb. Gündoğar ölkəyə üz tutarsa, illik 800 min avro qazanacaq.

30 yaşlı balkanlı cari mövsüm "Qarabağ"ın heyətində 20 oyuna çıxıb. O, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

"Köhlən atlar" ötən il Marko ilə kontraktı yenilənib. 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

Balkanlı orta sahə oyunçusu buradan ayrılmaq arzusunu bir neçə dəfə klub rəsmilərinin diqqətini çatdırıb. Aldığı 500 min manata yaxın illik vəsait artıq onun gözünə az görünür.

Bundan iki-üç dəfə çox vəsait əldə etmək fürsətini qaçırmaq istəmir. Qurban Qurbanov bundan xəbərdardır. Baş məşqçi Yankoviçin getmək fikriylə yatıb-qalxmasından pərişan olub.

Düşərgəni tərk etməsinə gəlincə, təcrübəli çalışdırıcı bu ayrılığın qış fasiləsində gerçəkləşməsinin qəti əleyhinədir. O, bu məsələyə gələn ilin yayında qayıtmağın mümkünlüyü barədə Markonu məlumatlandırıb.

Qurbanovun «Qəbələ» ilə Premyer Liqanın 16-cı tur matçından (2:1) sonra mətbuat konfransında söylədikləri də sırf bu mövzuyla əlaqədardır.

SİTAT:

«Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da "başı" gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir».

Yankoviçə görə gələn təkliflərin maliyyə tərəfi «Qarabağ»ı qətiyyən qane etmir. Çünki istər yunanların, istərsə də yaponların ödəmək istədiyi təzminatın məbləği 1 milyon avronu aşmır.

«Köhlən atlar» tələb elədiyi məbləğ isə 4 milyon avro civarındadır. Danışıqlar dalana dirənsə, bəlkə də 500 min avro güzəştə gedərlər, amma ondan o yana yox…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti