Növbəti TRANSFER TƏKLİFİ: Marko Yankoviçə 1 milyona verirlər - SON DƏQİQƏ

14:20 Qarabağ 606
Növbəti TRANSFER TƏKLİFİ: Marko Yankoviçə 1 milyona verirlər - SON DƏQİQƏ

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçə daha bir dəvət gəlib.

"Aris" 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən monteneqroluya təklif göndərib.

Bu yay Konfrans Liqasının birinci təsnifat mərhələsində "Araz-Naxçıvan"a rəqib olmuş və uduzmuş Yunanıstanın tanınmış klubu adıçəkilən legionerə öz istəyini çatdırıb.

Limassol təmsilçisi onunla 2+1 illik müqavilə imzalamağa hazır olduğunu bildirib. "Aris" Monteneqro yığmasının üzvünə illik 1 milyon avro ödəməyə razıdır.

Həmçinin adı hələlik gizli saxlanılan bir Yaponiya klubu da onun xidmətində maraqlıdır.

Asiyalılar bugünlərdə monteneqrolu ilə təmas qurub. Üç ildir Azərbaycanda çıxış edən balkanlıya təkli olunan müqavilənin 3 ildir.

İrəli sürülən maliyyə şərtləri isə Yankoviçin burada qazandığı puldan çoxdur. ağlını başından alıb. Gündoğar ölkəyə üz tutarsa, illik 800 min avro qazanacaq.

30 yaşlı balkanlı cari mövsüm "Qarabağ"ın heyətində 20 oyuna çıxıb. O, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

"Köhlən atlar" ötən il Marko ilə kontraktı yenilənib. 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

SPORTİNFO.AZ

"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm" - Yankoviç

Digər Xəbərlər
Xəbər Lenti