Azərbaycanın FIFA referilərinin sayı artdı

Azərbaycanın FIFA referilərinin sayı artdı

2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub. Bu fakt Azərbaycan hakimliyinin inkişafının və görülən sistemli işlərin bariz göstəricisidir.

FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:

Referilər:

Kişilər:

Əliyar Ağayev
Elçin Məsiyev
Kamal Umudlu
Tural Qurbanov (yeni)

Qadınlar:

Fəridə Lütfəliyeva

Referi köməkçiləri:

Zeynal Zeynalov
Akif Əmirəli
Elşad Abdullayev
Pərvin Talıbov
Namiq Hüseynov
Vüsal Məmmədov
Cəmil Quliyev (yeni)
Asiman Əzizli (yeni)

Qadınlar:

Gülnurə Əkbərzadə
Sevda Nurıyeva

VAR hakimləri:

Nicat İsmayıllı (yeni)
İnqilab Məmmədov (yeni)
Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər:

Hikmət Qafarlı
Knyaz Əmiraslanov
Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi:

Nail Nağıyev

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti