“Qarabağ” çox böyük klubdur” - Burada oynamış məşhur qapıçı

01:50 Qarabağ 112
“Qarabağ” çox böyük klubdur” - Burada oynamış məşhur qapıçı

2019-cu ilin son dörd ayını icarə əsasında “Qarabağ”da çıxış etmiş bosniya və herseqovinalı qapıçı Asmir Beqoviç Ağdam klubu barədə xatirələrini danışıb.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı Asmir Beqoviç “YouTube” platformasında yayımlana “Stillryan” podkastının qonağı olub.

“Üç aydan bir qədər çox “Qarabağ”da çıxış etdim. Transfer pəncərəsinin son günündə - sentyabrın 1-i və ya 2-də müqavilə imzaladığım üçün üç ay yarım Bakıda oldum.

Yanvar ayınadək komandada qaldım, qış fasiləsi isə dekabrın ortalarına təsadüf edirdi. Bu müddətdə Avropa Liqasında oyunlarda iştirak etdim və Bakıda yaşadım.

Açığı, Bakı möhtəşəm şəhərdir. Həqiqətən də möhtəşəm şəhərdir. “Qarabağ” çox böyük klubdur.

Azərbaycan xalqı isə son dərəcə səmimi və inanılmaz dərəcədə qonaqpərvərdir” – xatirələrini bölüşən A.Beqoviç söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 18:10 Çək və bizə göndər!
24 Dekabr 04:00 Mükafatlarını aldılar