Premyer Liqa klublarını üzəcək qərar verildi

19 Dekabr 2025 19:40 Azərbaycan Futbolu 5 090
Premyer Liqa klublarını üzəcək qərar verildi

Qış fasiləsi öncəsi Premyer Liqa klubları bəd xəbər alıb.

Belə ki, elitanın bir neçə klubunun məşqlərini etmək üçün üz tutduğu Bakı Olimpiya Stadionunun ehtiyat meydançaları onların üzünə bağlanıb.

Məhdudiyyətin nə vaxta qədər olacağı qeyri-müəyyəndir.

Amma dəqiq olan odur ki, qış təlim-məşq toplanışını burda keçməyi planlaşdıran Premyer Liqa təmsilçilərinə bunun mümkün olmayacağı barədə məlumat verilib.

Xatırladaq ki, adıçəkilən idman qurğusundan Birinci Liqa klubları da zaman-zaman faydalanırdı. Yaranmış durum onları da çətin vəziyyətə salıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!