UEFA-dan sərt qərar - "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə

25 Dekabr 2025 08:40 Çempionlar Liqası 491
UEFA-dan sərt qərar - "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə

"Atletik" "Qarabağ"a qarşı keçirdiyi Çempionlar Liqasının əsas mərhələsinin oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

"Atletik" "İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) ucbatından cəza ilə üzləşib.

Sözügedən matç zamanı "Atletik" komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı.

"Qarabağ" rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

"Atletik" - "Qarabağ" oyunu İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə bitib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət