AFFA "Qarabağ"ı 10 min cərimələdi

19 Dekabr 22:40 Azərbaycan Futbolu 92
AFFA "Qarabağ"ı 10 min cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçında baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilib.

Matçın 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 7 min manat cərimə edilib.

Oyunda “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə klub 3 min manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılanmalı olduğu bildirilib.

Görüşdə “Qarabağ” komandasının təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2