Azərbaycanlı məşqçi Avropadan təklif aldı

13 Dekabr 2025 21:00 Azərbaycan Futbolu 4 271
Azərbaycanlı məşqçi Avropadan təklif aldı

Azərbaycanlı məşqçi Litvada çalışa bilər.

Söhbət ötən mövsüm "Qaradağ Lökbatan"ı çalışdırmış gənc mütəxəssis Amit Quluzadədən gedir.

Onun xidmətində Litvanın FK BE 1 klubu maraqlıdır.

Jonava şəhərini təmsil edən komanda Birinci Liqada çıxış edir.

Tərəflər arasında danışıqlar uğurlar bitsə, Quluzadə yaxın zamanda Litvaya yollanacaq.

33 yaşlı mütəxəssis "Neftçi"nin yetirməsidir. O, futbolçu kimi "Ağ qaralar"dan başqa "Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Portuqaliya), "Sumqayıt", AEL (Yunanıstan) və "Səbail" klublarının, həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti