Serblər gürcüləri, qazaxlar ukraynalıları uddu - "Heydər Əliyev-100" Minifutbol Turniri

1 May 2023 18:10 Azərbaycan Futbolu 511
Serblər gürcüləri, qazaxlar ukraynalıları uddu - "Heydər Əliyev-100" Minifutbol Turniri

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın ilk iki oyunu keçirilib.

Bakı Tennis Akademiyasında baş tutan birinci qarşılaşmada Serbiya ilə Gürcüstan yığmaları üz-üzə gəliblər.

A qrupundakı görüşün taleyini 1 qol həll edib. Nikola Tomiçin 9-cu dəqiqədə vurduğu top Serbiya kollektivinə 1:0 hesablı qələbə qazandırıb.

B qrupu çərçivəsində keçirilən Ukrayna – Qazaxıstan oyununda da eyni hesab qeydə alınıb. Burada Şahrur Xaşimovun 40-cı dəqiqədə vurduğu yeganə qol qazaxıstanlılara qalibiyyət gətirib.

Bu gün A qrupunun digər oyununda Azərbaycan yığması Çexiyanı sınağa çəkəcək, B qrupunda isə Fransa ilə CAR üz-üzə gələcəklər.

Saat 20:00-da turnirin rəsmi açılış mərasimi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti