Klublar şikayət etdi, məsləhəti qulaqardına vurdu, postunu itirdi - FOTO

Klublar şikayət etdi, məsləhəti qulaqardına vurdu, postunu itirdi - FOTO

AFFA İcraiyyə Komitəsinin dünən növbəti iclasını keçirməsindən məlumatlısız.

Toplantıda bir sıra qərarlar qəbul olunub.

Onlardan biri də Hakimlər Komitəsi ilə bağlıdır. Belə ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib.

Onun təqdimatı dinlənilib, bu sahədə mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib.

Dəyişikliyə əsasən, Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini yerinə yetirəcək.

Burada Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

İki ildir ölkəmizdə fəaliyyət göstərən belçikalı funksionerin sədr postundan kənarlaşdırılması təsadüfi deyil. O, çoxsaylı şikayətlər əsasında vəzifsəindən uzaqlaşdırılıb.

Əsasən Premyer Liqa olmaqla, I və II Liqada qeydə alınan hakim xətaları federasiya rəhbərliyini təngə gətirib. Klublardan gələn narazılıq dolu müraciətlər son vaxtlar ümumiyyətlə artıb.

Qurum mənsubları De Blekerdən onların araşdırılmasını və tədbir görməsini istəyib. Adam əksər hallarda bu tip məsələləri qulaqardına vurub və üstünə düşməyib.

Həmçinin hakimlərlə daha çox çalışmaq tövsiyəsinə məhəl qoymayıb. Bildirib ki, onsuz da, onlarla əlavə məşğul olmaq mənasızdır, çünki səviyyələri kifayət qədər aşağıdır.

SPORTİNFO.AZ

AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı

Digər Xəbərlər
Xəbər Lenti