“Qarabağ” üçün istedad(lar) tapmaq məqsədilə Afrikaya üz tutdu - FOTO

12 Dekabr 2025 09:40 Qarabağ 1 856
“Qarabağ” üçün istedad(lar) tapmaq məqsədilə Afrikaya üz tutdu - FOTO

«Qarabağ» futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev Nigeriyiya yollanıb.

Afrikaya səfəri barədə Sportinfo.az-a açıqlama verən funksioner «Obasa Cup»un izləyəcəyini bildirib.

Onun sözlərinə görə, bir həftə Laqos şəhərində qalacaq, beynəlxalq turnirin bütün oyunlarına baxacaq.

Məqsəd yarışa qatılacaq müxtəlif komandaların heyətində forma geyinən yeniyetmə və gəncləri gözdən keçirmək, onlar arasından ən yaxşılarını seçməkdir.

Hacıyevin bəyənəcəyi yerli futbolçular sonradan Ağdam klubuna cəlb oluna bilər. Bu, qarşı tərəflə aparılacaq danışıqlardan asılıdır.

Fikirlər üst-üstə düşsə, istedadlı oyunçularla uzunmüddətli müqavilə imzalanacaq. Çünki həmin gənclərin tədricən əsas komandaya cəlb olunmaq perspektivi də gözə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!