“Çox maraqlı oyun alındı, “Qarabağ” baxımlı qollar vurdu.
Onların bir çox fürsətləri oldu. Fasilədən sonra hesabda geri düşdük.
Geridönüş bizim üçün çətin olsa da, sonda bunu bacardıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Ayaks”ın baş məşqçisi Fred Qrim Bakıda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdikləriÇempionlar Liqasının VI tur oyunu haqda deyib.
Niderland təmsilçisinin çalışdırıcısı Ağdam klubunun yaxşı oynadığını bildirib:
”Düşünürəm ki, çox yaxşı taktiki sxem seçmişdik. Daha da yaxşı ola bilərdik.
Əsas olan bizim istədiyimiz nəticəni əldə etməyimizdir. Çox sevinirəm və hətta təəccüblənirəm ki, bizdə bu qədər güc var idi.
Yekun nəticədən məmnunam. İnanılmaz hisslər keçirdik. Oyunçularımız meydançada bir neçə dəfə sürüşürdü.
“Qarabağ”da bu, az baş verirdi. Bəlkə də onlar belə hava şəraitinə öyrəşib”.

