PSJ-nin avtobusu hücuma məruz qalıb.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda İspaniyada “Atletik”in (Bilbao) qonağı olan zaman baş verib.
Belə ki, futbolçuların yerləşdiyi hotelin yaxınlığında avtobus daş-qalaq edilib. Bu zaman içərisi boş olub. Oyundan sonra Paris təmsilçisi hava limanına getməkdə çətinlik çəkib.
Bilbaoda keçirilən “Atletik” - PSJ matçı qolsuz bərabərliklə başa çatıb.
Oyun öncəsi də fransız klubunun təyyarəsi hava şəraitinə görə təhlükəli vəziyyətə düşmüşdü. Pilot çətinliklə təyyarəni endirmişdi.

