Yayda Azərbaycanı Qırğızıstana dəyişən Orxan Əliyev üz tutduğu ölkədə özünü yaxşı tərəfdən göstərməyi bacardı.
29 yaşlı hücumçu çempionatda meydana çıxdığı 9 oyunda rəqib qapılarından 7 qol keçirməklə adından söz etdirdi.
İndi onunla təkcə şərəfini qoruduğu “Ozqon” klubu yox, Qırğızıstanın digər təmsilçiləri də yaxından maraqlanır.
Sözügedən ölkədə mövsüm başa çatdığından, növbəti “futbol ili” 2026-cı ildə start götürəcək.
Bəs, Azərbyacan klubları necə, Əliyevin xidmətində maraqlıdırmı? Qırğızıstan klubu ilə müqavilə müddəti başa çatandan sonra vətəndən onunla əlaqə saxlayan(lar) olub?
Öz dilindən eşidək:
“İstirahət üçün Azərbaycana gəlmişəm. Hardasa 10 gündür burdayam.
Açığı, Premyer Liqa klublarından əlaqə saxlayan olmayıb. Azərbaycanda çempionat davam edir. Bəlkə də burda olduğumu bilmirlər.
Bəlkə də onlara maraqlı deyiləm . Dəqiq nəsə demək çətindir. Bu gün üçün konkret bir şey yoxdur”.
Azərbaycanın aşağı yaş qruplarından ibarət bütün milli komandaların formasını geyinmiş Orxan Əliyev karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi komandaların şərəfini qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

