"Limitin ləğvindən sonra rəqabət məsələsi arxa plana keçir"

1 Dekabr 23:00 Azərbaycan Futbolu 97
"Limitin ləğvindən sonra rəqabət məsələsi arxa plana keçir"

"Şahruddin Məhəmmədəliyevin dedikləri fikirləri dəstəkləyirəm. Limitin ləğvi milli komandaya, yerli oyunçulara xeyir verməyəcək".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

Həm də milli komandanın üzvü olan təcrübəli oyunçu sözlərinə belə davam edib:

"Qərar klubların daha çox legioner transfer etməsinə kömək edəcək. Ehtiyatda qalan oyunçu sabah millidə əziyyət çəkəcək. Onsuz da əziyyət çəkirdik. Oyun praktikası olmadan nə qədər güclü oyunçu olsan belə, meydanda istəniləni verə bilməyəcəksən.

Limitin birdəfəlik ləğvi yerli oyunçulara zərbədir. Mən və digər bəzi yerlilər bu gün də oynayırıq. Bəs sabah necə olacaq? Sabah hər şey dəyişə bilər. Göstəriş vermək olmasın, amma 7+4 formatından 8+3 formatına keçmək olardı. Daha birdəfəlik ləğv edilməsi yaxşı olmadı".

Həsənalızadə "Meydançada olan biri kimi limitin ləğvindən sonra keyfiyyətin artmasını hiss edirsənmi" sualına isə bu cür münasibət bildirib:

"Xeyr, dəhşətli fərq yoxdur. Meydanda davamlı olan biri kimi bunu hiss etmirəm. Limitin ləğvindən sonra rəqabət məsələsi arxa plana keçir. Legioneri gətirən klub ona oynatmalıdır. İstər-istəməz bu belədir. Əcnəbini Ehtiyatda oturmağa gətirmirlər.

Yerli oyunçu gələn əcnəbidən iki qat üstün olmalıdır. Bərabər səviyyədə olanda belə üstünlük legionerə verilir. Adını da qoyurlar yerli oyunçu rəqabətə davam gətirə bilmir. Bu şeyləri heç kim danışmır. Günahkar yerli oyunçular deyil".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"