“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo qışda komandadan ayrıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, onun xidmətində “Botafoqo” maraqlıdır.
Bu komandanın baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu) Bikalyonu bəyənib və onu komandasında görmək istəyir.
Azərbaycan çempionu braziliyalını iyunda “Alverka”dan heyətinə cəlb edib.
24 yaşlı “sambaçı” ilə 3+1 illik müqavilə imzalanıb. Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro 1 il sonra “Palmeyras”a keçib.
O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.


