“Qarabağ”ın zəif yeri - Bu səhvləri kimlər etdi?

15:00 Qarabağ 125
“Qarabağ”ın zəif yeri - Bu səhvləri kimlər etdi?

Leysan 2:4 hesablı məğlubiyyətin xəbərçisi idi?

Qətiyyən!

Hava şəraiti oynunu içinə girmədi, nəticəni təsiri altına almadı.

«Qarabağ» fiziki cəhətdən tez tükəndi, xüsusən 70-ci dəqiqədən sonra. Ağır sahədə davamlı pressinq eləmək dəhşətli əzabdir.

Hələ bir sən onu zonalar üzrə edirsənsə.

«Qarabağ» üçün qırılma nöqtəsi Abdullah Zubirin qaçırdığı epizddur. Fransalı vinger köhnə şakərindən əl çəkib, cərimə meydançası daxilindən qapıya birbaşa zərbə endirsəydi, hesab 3:1 olacaqdı.

Kapitan zərbəni gecikdirməklə, «Ayaks»ı yenidən oyuna qaytardı. Və başladılar, nə başladılar…

Off…

«Ayaks» orta sahədə qazandığı toplarla elə sürətli əks-hücumlar təşkil elədi ki, hətta Useyn Bolt da gəlsəydi, onların kəsici cinah ötürmələrinə çatmazdı.

«Qarabağ»da əvəzetmələr hər şeyi korladı. Nəriman Axundzadə, Aleksey Kaşuk və digərləri oyunu zibillədi. Kim ikinci hissədə meydana ayaq basdısa, komandanın gücünü aldı.

Axır 20-25 dəqiqədə «Qarabağ» 8-9 nəfərlə qalmış görüntüsü verdi. Oyun modeli pozuldu, dağınıq komanda halına gəldilər. Elvin Cəfərquliyev yoruldu, cinahını çox boş buraxdı.

Marko Yankoviç xeyli top itirdi, Bəhlul Mustafazadə də mövqe səhvləri ilə Kevin Medinanı əldən saldı. Hesab 2:2 olandan sonra müdafiə fazasında bütün əyər-əskiklər üzə çıxdı, problemlər böyüdü, zonalar boşaldı.

«Ayaks»ın hər əks-hücumundan qol iyi gəlirdi və yenə nə yaxşı ki, Koxalski və bəxt hesabın daha faciəvi alınmasına əngəl oldu.

Fred Qrim ikinci hissənin gedişində əl atdığı əvəzləmələrlə «Ayaks»ın futbolunu qrimlədi, gözəlləşdirdi. Demək olar hamısı uğurlu qoşuldu oyuna.

Hesabdakı status-kvonu da ehtiyat skamyadan gələnlər dəyişdi. Hər biri öz funksiyasını dəqiq yerinə yetirdi, «Qarabağ»ı zəif yerindən vurdu.

Əzbər bilirdilər ki, harada nə etmək, top ayağa gəldiyində onu kimə ötürmək lazımdır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti