Bu gün Bizon Azərbaycan kubokunda 1/8 final mərhələsinə iki oyunla start veriləcək.
Sportinfo.az xəbər verir ki, “Turan Tovuz” “Şahdağ Qusar”la, “Neftçi” “Zirə” ilə üz-üzə gələcək.
“Şahdağ Qusar” – “Turan Tovuz” cütünün qalibi növbəti raundda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.
“Zirə” – “Neftçi” görüşündə üstün olan tərəf isə “Difai” – “Sumqayıt” qarşılaşmasının qalibinə rəqib olacaq.
"Şahdağ Qusar" – "Turan Tovuz" 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“SOCAR Polymer Arena”, 15:00
"Zirə" – "Neftçi"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00

