AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasının üçüncü turunda “Lənkəran”ın futbolçusu baxımlı qola imza atıb.
Sportinfo.azxəbər verir ki, təxminən 30 metrdən vurulan möhtəşəm qol “Lənkəran” - “Zəfər 44” (Cəlilabad) qarşılaşmasında qeydə alınıb.
Belə ki, “Lənkəran”lı Tuncay Babayev uzaq məsafədən fərqlənməklə diqqət mərkəzinə düşüb.
Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib.

