“Olduqca əsəbiyəm və yaxşı olar ki, bir şey deməyim” - “Qarabağ”ın qapıçısı sərt danışdı

09:20 Qarabağ 199
“Olduqca əsəbiyəm və yaxşı olar ki, bir şey deməyim” - “Qarabağ”ın qapıçısı sərt danışdı

“Qarabağ”ın qapıçısı Meteuş Koxalski Çempionlar Liqasının 6-cı turunun “Ayaks”la oyununda qeydə alınan məğlubiyyəti (2:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, polşalı nəticəyə görə əsəbi olduğunu bildirib:

“Oyunla bağlı çox danışmaq istəmirəm, çünki olduqca əsəbiyəm və yaxşı olar ki, bir şey deməyim. Sonlara yaxın hamımız çox pis oynadıq və buna görə də rəqib bizi üstələdi.

Uzun ötürmələrdə səhvlər etdik. Son iki oyundan ən azı birində qalib gəlmək lazımdır.

Necə olacağını bilmirəm. Ümid edək ki, hər şey yaxşı alınacaq və biz yolumuza davam edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!