Cəbrayılı təmsil edən "Mərcanlı" komandası hər keçən gün böyüməyə davam edir.
Bir neçə ildir Region Liqada çıxış edən bölgə klubu artıq uşaq futbolunda öz varlığını göstərməyə qərar verib.
Bu məqsədlə komandanın 5 aşağı yaş qrupu yaradılıb.
Xüsusilə sevindirici məqam odur ki, 5 yaş qrupundan üçü azad Qarabağda formalaşdırılıb.
Və qruplara seçilən uşaqlar məşqlərini Cəbrayıl şəhərində keçirəcək.
Bu istiqamətdə bir sıra addımlar atılıb.
Növbəti həftədən hazırlıqlara start verilməsi gözlənilir.
Biz də "Sportinfo" kollektivi olaraq bu işdə "Mərcanlı" komandasına uğurlar arzu edirik.
Ümid edirik ki, ən qısa zamanda əsas komanda da ev oyunlarını doğma yurdda keçirəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

