AFFA-nın aşağı yaş qruplarından ibarət çempionatlarında iştirak edən 5 komanda, həmçinin Region Liqasının 1 təmsilçisi texniki məğlubiyyətlə cəzalandırılıb.
Sporitnfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Qızlar Liqasında "Atiq", "Lokomotiv" və "Dirçəliş" heyətlərində yetərsay olmaması səbəbindən oyunlara çıxmadıqları üçün texniki məğlubiyyətlə cəzalandırılıblar.
U-16 Qızlar Liqasında isə "Turan Tovuz" "Təhsil" 8 İOEUGİM-la görüşü həkim briqadası ilə təmin etmədiyinə görə eyni şəkildə cəzalanıb.
AFFA Region Liqasında keçirilən "Capital Baku" - "City Baku" matçının 75-ci dəqiqəsində kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə oyun dayandırıldığı üçün "Capital Baku"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında İCBFA klubu "Quba" ilə matçda təyin edilən vaxtda meydanda olmadığına görə oyun baş tutmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.

