"Gərgin keçəcəyini ehtimal edirdik, ancaq..." - Abbasov

22 Noyabr 2022 16:30 Azərbaycan Futbolu 397
"Gərgin keçəcəyini ehtimal edirdik, ancaq..." - Abbasov

Ölkə kubokunun 1/8 final mərhələsinin "Şamaxı"ya qarşı keçirilən görüşündən sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Abbasov komandasının 1:0 qalib gələrək 1/4 finala vəsiqə qazandıqları görüş haqda danışıb:

"Növbəti mərhələyə vəsiqə qazandığımıza görə komandamı və azarkeşləri təbrik edirəm. Əlbəttə ki, çətin oyun oldu.

"Şamaxı" son turların ən yaxşı komandalarındandır. Dörd oyundur ki, daha yaxşı çıxış edirlər, qalib gəlirlər, xal qazanırlar.

Kubok matçı isə tam başqa atmosferdir. Oyunun gərgin keçəcəyini ehtimal edirdik. Ancaq səbirli olduq, qol epizodlarımızdan istifadə etdik.

Artıq bu oyun geridə qaldı və bundan sonra çempionat matçları bizi gözləyir. Həmin oyunlara köklənəcəyik. "Şamaxı"ya da, bizə də uğurlar".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"