"Keşlə" Azərbaycan kubokunun qalibi oldu

24 May 2021 21:28 Azərbaycan Futbolu 1 315
"Keşlə" Azərbaycan kubokunun qalibi oldu

Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Sportinfo,az xəbər verir ki, mövsümün son matçı “Bank Respublika Arena”da baş tutacaq.

Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” “Keşlə” ilə üz-üzə gələcək. Artıq avrokuboklara vəsiqəni təmin edən Ayxan Abbasovun yetirmələri tarixinin ilk titulunu qazanmağa çalışacaq.

Konfrans Liqasına düşmək üçün son şansından yararlanmaq niyyətində olan paytaxt klubu isə özünün ikinci kubokunun iddiasındadır.

İki il əvvəl baş tutan son finalda “Qəbələ” ilə uğur qazanan Sənan Qurbanov eyni nailiyyəti yeni komandasında təkrarlamaq arzusundadır.

Kuboku “Sumqayıt” qazansa, Konfrans Liqasına vəsiqə “Zirə”nin olacaq.

Final
24 may (bazar ertəsi)
19:30. “Keşlə” – “Sumqayıt” 2-1

Qollar: Miyusko Boyoviç, 3 (öz qapısına) - Şəhriyar Əliyev, 37, Miyusko Boyoviç, 57
Baş hakim: Əliyar Ağayev
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov
Baş məşqçi: Sənan Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”

Xəbər Lenti