Azərbaycanlı məşqçi İrana "Neftçi"nin hansı futbolçularını aparmaq istəyir?

26 Aprel 2021 15:00 Azərbaycan Futbolu 1 652
Azərbaycanlı məşqçi İrana "Neftçi"nin hansı futbolçularını aparmaq istəyir?

İranın 2 klubundan – güclülər və birinci dəstə təmsilçilərindən təklif alan Füzuli Məmmədovun özüylə Azərbaycandan aparmaq istədiyi futbolçuların adları bilinib.

«Saypa» və «İstiqlal Xuzistan»la danışıqlar aparan mütəxəssisin ilkin siyahısında 4 oyunçu yer alıb.

Maraqlıdır ki, onların hamısı hazırda «Neftçi»nin formasını geyinir. Bu da təsadüfi deyil. Məmmədov 2 ildən artıq müddətdə «ağ-qaralar»la çalışıb və Premyer Liqa karyerası hələlik yalnız bu klubla bağlıdır.

Onun hədəfindəki futbolçuların adlarına gəlincə, söhbət Aqil Məmmədov, Vojislav Stankoviç, Sabir Buqrin və Mamadu Mbodjdan gedir.

Onlardan Stankoviçlə Mbodjun Bakı təmsilçisi ilə sözləşməsi mövsümün sonunda bitəcək.

Məmmədov isə həmsoyadının sevimlisidir. Samir Abasov komandaya təyinat alandan sonra Aqili davamlı olaraaq əsas heyətdə görsə də, bəllidir ki, bu addımı məcburiyyətdən atır.

Səlahət Ağayevin uzun müddətdir oyun praktikası olmaması onu məcbur edir ki, qapını Aqilə etibar etsin. Digər tərəfdən, Aqil kollektiv daxilində ciddi nüfuz sahibidir.

Futbolçuların idarə olunmasında əsas fiqurantdır. Hamı ona inanır və sözüylə oturub-durur. Abasov, əslində, belə lider xarakterli oyurnçuları sevmir və onları özündən uzaqlaşdırmağa çalışır.

«Sumqayıt»da da bu cür edib, «Zirə»də də. Təbii ki, o, dəyişməyib, indi də həmin adamdır. Sadəcə, Aqili kənarda saxlamaqla bütün komandanın üstünə qalxacağını bildiyindən, gizli niyyətini həyata keçirməyə çəkinir.

Stankoviç və Buqrin «Neftçi»nin hazırkı baş məşqçisinə lazımdır. Eyni sözləri isə Mbodj haqda demək olmaz. Seneqallı müdafiəçini düşərgədən göndərmək fikri onda bura gəldiyi gündən var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!