İranın məşhur klubu azərbaycanlı baş məşqçiyə təklif göndərdi

16 Aprel 2021 20:20 Azərbaycan Futbolu 4 932
İranın məşhur klubu azərbaycanlı baş məşqçiyə təklif göndərdi

«Neftçi»nin sabiq baş məşqçisi Füzuli Məmmədov karyerasını ölkə xaricində davam etdirə bilər.

Sportinfo.az-ın məlumatına görə, ötən ilin noyabrında paytaxt klubundan ayrılan gənc mütəxəssis İrandan təklif alıb.

Belə ki, yerli Super Liqada mübarizə aparan «Saypa» azərbaycanlı çalışdırıcıya dəvət göndərib.

Tehran təmsilçisi F.Məmmədova 1 illik müqavilə təklif edib. Hazırda danışıqlar son mərhələdədir və məsələyə qarşıdakı 3-4 gün ərzində aydınlıq gəlməsi gözlənilir.

İranın kifayət qədər tanınmış və maliyyə cəhətdən böyük klublarından sayılan «Saypa» 20 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti