AFFA Premyer Liqa və I Divizion klublarına pul ayrılmasını istəyir

20 Fevral 2021 20:40 Azərbaycan Futbolu 1 084
AFFA Premyer Liqa və I Divizion klublarına pul ayrılmasını istəyir

Premyer Liqa və I Divizion klublarının maliyyə təminatını yaxşılaşdırmaq, o cümlədən, sabitləşdirmək məqsədilə yeni konsepsiya hazırlanır.

Sportinfo.az bu barədə AFFA-dan məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, federasiya elita və aşağı dəstə təmsilçilərinə maddi dəstək verilməsi ilə bağlı dayihə üzərində işləyir.

Təkliflər paketi tam tərtib olunduqdan sonra müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulur. Layihənin hazırlanması üçün SOCAR və Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə müzakirələr aparılır.

Konsepsiyanın əsas məqsədi klublara dövlət dəstəyini təmin etmək, hər il onlara vəsaitin ayrılmasına nail olmaqdır. Rəqəmlər üzərndə fikirlər müxtəlifdir.

Ümumiyyətlə, AFFA istəyir ki, Premyer Liqanın hər bir iştirakçısına 3 milyon manat ödənilsin. I Divizion komandalarının mövsümlük haqqı olaraq 500 min manat düşünülür.

Digər Xəbərlər
Xəbər Lenti