Premyer Liqada mövsümün ilk turunda qeydə alınan azarkeş sayı məlum olub.
Sportinfo.az xəbər verir ki, turun ilk görüşünü - "Sumqayıt" - "Neftçi" matçını stadiondan 800 nəfər izləyib.
Qəbələdə keçirilən "Qəbələ" - "Səbail" oyununda isə 600 azarkeş qeydə alınıb. "Keşlə" - "Sabah" matçını arenadan izləyənlərin sayı 300 olub.
Ümumilikdə, açılış turunu cəmi 1700 azarkeş izləyib. Turun "Qarabağ" - "Zirə" oyunu avqustun 26-na təxirə salınıb.

